Mark Rütte: NATO dronlarla mübarizə vasitələrinə 40 milyard dollar ayıracaq
- 07 iyul, 2026
- 13:14
NATO-ya üzv ölkələr qarşıdakı beş ildə pilotsuz uçuş aparatlarından müdafiə sistemlərinin inkişafına 40 milyard dollardan çox vəsait yönəldəcək.
"Report" "Jerusalem Post"a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Ankarada keçirilən müdafiə sənayesi forumunda bildirib.
Onun sözlərinə görə, təşəbbüs müasir silahlı münaqişələrdə getdikcə daha çox istifadə edilən və böyük itkilərə səbəb olan pilotsuz uçuş aparatlarının tətbiqi ilə bağlı təhlükənin sürətlə artmasına cavab olub.
M.Rütte həmçinin bildirib ki, NATO müttəfiqləri kritik əhəmiyyət kəsb edən müdafiə materialları ehtiyatlarını birgə satın almaq, saxlamaq, daşımaq və idarə etmək barədə razılığa gəliblər.
NATO-nun Baş katibi qeyd edib ki, təşəbbüsə Belçika, Kanada, Danimarka, Finlandiya, Yunanıstan, İtaliya, Lüksemburq, Niderland, Norveç, İspaniya, İsveç və Türkiyə qoşulub.