Rusiyaya məxsus təyyarələr Cənubi Koreyanın hava məkanını pozub
- 17 noyabr, 2026
- 10:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bir neçə Rusiya hərbi təyyarəsi səhər saatlarında Cənubi Koreyanın hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olub, bu da cavab olaraq ölkənin Hərbi Hava Qüvvələrini qırıcıları yerləşdirməyə vadar edib.
"Report" xəbər verir ki, bu barədə "Yonhap" ölkənin Birləşmiş Qərargahlar Komandanlığına istinadən məlumat yayıb.
Bildirilib ki, Cənubi Koreya hərbçiləri Rusiya təyyarələrini onlar Kadijon-Aylend identifikasiya zonasına daxil olmazdan əvvəl aşkar edib və hər hansı mümkün hallara hazırlaşmaq üçün qırıcıları yerləşdiriblər. Sonradan təyyarə Cənubi Koreyanın hava məkanını pozmadan zonanı tərk edib.
"Hava hücumundan müdafiə (HHM) zonası ərazi hava məkanı deyil, təsadüfi toqquşmaların qarşısını almaq üçün xarici təyyarələri özlərini tanıtmağa təşviq etmək məqsədilə müəyyən edilib. Lakin Rusiya və Çin beynəlxalq hüquqda əsasların olmamasına istinad edərək müdafiə identifikasiyası zonası üzərindəki yurisdiksiyanı tanımır".
Bu gün daha əvvəl Yaponiyanın Müdafiə Nazirliyi Rusiyanı ölkənin hava məkanını pozmaqda ittiham edib.