İxrac xərcləri kompensasiya olunacaq malların siyahısı müəyyən edilib

Biznes
  • 17 noyabr, 2026
  • 10:03
İxrac xərcləri kompensasiya olunacaq malların siyahısı müəyyən edilib

İqtisadiyyat Nazirliyinin Kollegiyası "İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac edildiyi ölkələrin (ölkə qruplarının) Siyahısı"nı təsdiqləyib.

"Report" xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, siyahıya ərzaq məhsulları, canlı ağaclar və digər bitkilər; soğanaqlar, köklər və bitkilərin digər analoji hissələri; kəsilmiş çiçəklər və dekorativ bitkilər, alkoqollu və alkoqolsuz içkilər və sirkə, əczaçılıq məhsulları, aşılayıcı və boyayıcı ekstraktlar; tanninlər və onların törəmələri; boyaqlar, piqmentlər və digər boya maddələri; boyalar və laklar; şpaklovka və digər mastikalar; poliqrafiya boyaları, mürəkkəblər, tuş, efir yağları və rezinoidlər; ətriyyat, kosmetika və tualet vasitələri, sabun, səthi-aktiv üzvi maddələr, yuyucu vasitələr, sürtkü materialları, süni və hazır mumlar, təmizləmə və ya pardaqlama üçün tərkiblər, şamlar və analoji məmulatlar, yapma üçün pasta, plastilin, "diş müalicəsi mumu" və diş müalicəsi üçün gips əsaslı tərkiblər, Plastmas borular, borucuqlar, şlanqlar və onların fitinqləri (məsələn, birləşmələr, dirsəklər, flanslar), kauçuk, rezin və onlardan hazırlanan məmulatlar, dəri məmulatları; sərraclıq-yəhər məmulatları və qoşqu; yol ləvazimatları, çantalar və analoji mallar; heyvanların daxili orqanlarından hazırlanan məmulatlar (barama qurdunun ipək ifraz edən vəzilərindən başqa), xalçalar və digər tekstil döşəmə örtükləri, qiymətsiz metallardan hazırlanan digər məmulatlar, nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular; onların hissələri, elektrik maşınlar və avadanlıq, onların hissələri; səsyazma və səsləndirmə aparaturası, televiziya təsvirinin və səsin yazılması və canlandırılması üçün aparatura, onların hissələri və ləvazimatları, Dəmiryol lokomotivlərinin və ya mühərrikli tramvay vaqonlarının və ya dəmiryol nəqliyyat vasitələrinin hissələri, optik, fotoqrafiya, kinematoqrafiya, ölçü, nəzarət, çox dəqiq, tibbi və ya cərrahiyyə alətləri və aparatları; onların hissələri və ləvazimatları, bütün növ saatlar və onların hissələri, musiqi alətləri; onların hissələri və ləvazimatları, mebel, oyuncaqlar, oyunlar və idman inventarı; onların hissələri və ləvazimatları daxildir.

Bundan başqa, qərara əsasən, ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının ixrac olunduğu ölkələrin (ölkə qruplarının) siyahısına Afrika ölkələri, Avropa İttifaqı, Balkan ölkələri, Körfəz ölkələri və Mərkəzi Asiya, Cənub-şərqi asiya və bir sıra digər ölkələr daxildir.

44 filmi