Rusiyanın Müdafiə Nazirliyi: “ABŞ Suriyada İŞİD-i birbaşa dəstəkləyir”

Digər ölkələr
  • 14 noyabr, 2017
  • 10:18
Rusiyanın Müdafiə Nazirliyi: “ABŞ Suriyada İŞİD-i birbaşa dəstəkləyir”
РИА Новости / Наталья Селиверстова

Bakı. 14 noyabr. REPORT.AZ/ “ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın terrorçu İŞİD qruplaşmasına dəstək verdiyi barədə faktlar aşkarlanıb”.

“Report” TASS-a istinadən xəbər verir ki, bu bəyanatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Nazirlikdən bildirilib ki, Suriyanın Bu-Kemal şəhərinin terrorçulardan təmizlənməsi əməliyyatı aparılan zaman ABŞ-ın başçılıq etidiyi beynəlxalq koalisiyanın İŞİD-lə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyinə və terrorçulara dəstək verdiyinə dair faktlar üzə çıxıb.