Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 130 milyard avro ayrılması istənilib

Digər ölkələr
  • 30 sentyabr, 2025
  • 12:42
Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 130 milyard avro ayrılması istənilib

Finlandiya və İsveç Avropa İttifaqını Ukraynaya dondurulmuş Rusiya aktivləri hesabına 130 milyard avro ayırmağa çağırıb.

"Report"un xarici KİV-ə istinadən məlumatına görə, bu barədə Finlandiya hökumətindən bildirilib.

Bu məsələ oktyabrın 1-2-də Kopenhagendə Aİ liderlərinin qeyri-rəsmi görüşündə müzakirə ediləcək.

Bildirilir ki, bu təşəbbüslə Finlandiya və İsveçin baş nazirləri Petteri Orpo və Ulf Kristersson çıxış ediblər.

"Finlandiya və İsveç Avropa Komissiyasına və üzv dövlətlərə Ukraynanın növbəti illər üçün maliyyə ehtiyacları haqqında birgə məktub göndəriblər. Baş nazirlər öz təşəbbüslərində vurğulayırlar ki, Ukraynanın 2026-2027-ci illər üçün maliyyə ehtiyacları 130 milyard avro qiymətləndirilir və maliyyə kəsiri artıq 2026-cı ilin ikinci rübündə yarana bilər", - məlumatda deyilir.

Son xəbərlər

Bütün Xəbər Lenti