Sorğu: Rusiyalıların əksəriyyəti MDB-dən olan miqrantlara ölkə vətəndaşlığının verilməsi prosedurunun sadələşdirilməsini dəstəkləmir

Digər ölkələr
  • 10 fevral, 2017
  • 09:00
Sorğu: Rusiyalıların əksəriyyəti MDB-dən olan miqrantlara ölkə vətəndaşlığının verilməsi prosedurunun sadələşdirilməsini dəstəkləmir

Bakı. 10 fevral. REPORT.AZ/ Rusiyalıların əksəriyyəti (71%) MDB-dən olan miqrantların ölkə vətəndaşlığı alması prosedurunun sadələşdirilməsi ideyasını dəstəkləmir.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Ümumrusiya İctimai Rəy Araşdırmalar Mərkəzinin məlumatları göstərir.

Eyni zamanda, rəyi soruşulanların üçdə birindən çox hissəsi (36%) tələblərin sərtləşdirilməsinin, 35% respondent isə prosedurun indiki kimi qalmasının tərəfdarıdır.

Prosedurların sadələşdirilməsi ideyasını respondentlərin cəmi 19%-i dəstəkləyib. Bu fikirdə olanların əksəriyyəti (27%) yaşı 60 və daha çox olanlardır.

Bundan əlavə, sorğu nəticəsində məlum olub ki, respondentlərin əksəriyyəti (59%) qanuna zidd şəkildə uzun müddət Rusiyada yaşayan MDB ölkələrindən olan miqrantların əfv edilməsi təklifini də dəstəkləmir.

44 - Tezliklə