Peterburqda baş vermiş yol qəzasında 3-ü uşaq olmaqla, 9 nəfər xəsarət alıb
- 22 aprel, 2017
- 00:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 22 aprel. REPORT.AZ/ Rusiyada baş vermiş yol qəzasında bir neçə nəfər xəsarət alıb.
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə Peterburqun Krasnoselsk rayonunda, Lenin prospektində qeydə alınıb. Belə ki, "Audi" avtomobilinin qarşı tərəfdən gələn "PAZ" avtobusunun yoluna çıxması nəticəsində hər iki nəqliyyat vasitəsi toqquşub. Nəticədə 3-ü uşaq olmaqla, 9 nəfər xəsarət alıb.
Hadisə zamanı xəsarət alanlar arasında "Audi" avtomobilinin sürücüsü, habelə nəqliyyat vasitəsinin 2002, 2003 və 2005-ci il təvəllüdlü sərnişinləri də var.
Qəza nəticəsində həmçinin "PAZ" avtobusunun da bir neçə sərnişini xəsarət alıb. Yaralıların vəziyyəti barədə məlumat verilmir.