Rusiya Ukraynadakı dəmir yolu deposuna hücum edib, bir nəfər ölüb, dörd nəfər yaralanıb

Digər ölkələr
  • 11 iyun, 2026
  • 13:13
Rusiya Ukraynadakı dəmir yolu deposuna hücum edib, bir nəfər ölüb, dörd nəfər yaralanıb

Rusiya Ukraynanın Sumı vilayətinin Konotop şəhərindəki dəmir yolu deposuna hücum edib, nəticədə bir dəmir yolu əməkdaşı ölüb, daha dörd nəfər isə yaralanıb.

"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə "Ukrzaliznitsya"nın rəhbəri Aleksandr Pertsovski bildirib.

Onun sözlərinə görə, iyunun 11-i səhər saatlarında Rusiya qoşunları pilotsuz uçuş aparatından (PUA) istifadə edərək depoya hücum edib:

"İlkin məlumata görə, bunlar reaktiv "Shahed" PUA-ları olub. Hazırda biz hadisələrin xronologiyasını təfərrüatı ilə təhlil edirik".

A.Pertsovski bildirib ki, zərərçəkənlər xəstəxanaya yerləşdirilib:

"Hücum nəticəsində bir həmkarımız həlak olub. Dörd həmkarımız xəsarət alıb. Onlara bütün lazımi yardımlar göstərilir".

44 filmi