Rusiya Odessaya hücum edib, ölən və xəsarət alanlar var
Digər ölkələr
- 28 iyun, 2025
- 06:44
İyunun 27-dən 28-nə keçən gecə Rusiya hərbçiləri dronlarla Ukraynanın Odessa şəhərinə hücum ediblər.
“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində ailəvi cütlük həlak olub, ölənlər var.
Odessa meri Gennadi Truxanov bildirib ki, xilasedicilər düşmən pilotsuz uçuş aparatının mənzillərinə düşməsi nəticəsində həlak olan ər-arvadın meyitlərini aşkarlayıblar.
O, həmçinin əlavə edib ki, hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir və səhər saatlarında rayon rəhbərliyinin operativ qərargahı hadisə yerində işə başlayacaq.
Eyni zamanda G.Truxanov xəsarət almış iki uşağın hazırda tibb müəssisələrində olduğunu bildirib. Qeyd edilir ki, hücum zamanı daha dörd nəfər (böyük) də yaralanıb.
Son xəbərlər
14:20
Bakı yollarında yağış suları xüsusi nasoslar vasitəsilə kənarlaşdırılıb
İnfrastruktur14:19
Foto
Abşeronun icra başçısı yağışın problem yaratdığı ərazilərdə sakinlərlə görüşüb
Daxili siyasət14:09
İran Bəhreyndəki "Gulf Petrochemical Industries" şirkətinə zərbə endirib
Digər ölkələr14:00
İranda hava hücumuna məruz qalan tarixi abidələrin sayı açıqlanıb
Region13:57
Flikin rəhbərliyi altında "Barselona" 300 qol həddinə çatıb
Futbol13:41
Zelenski: Yaxın Şərqdə uzanan müharibə Ukraynaya dəstəyi zəiflədə bilər
Digər ölkələr13:20
Foto
Video
Keşlədə evləri subasmaya məruz qalan 37 nəfər təxliyə edilib - YENİLƏNİB
Hadisə13:16
DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib - YENİLƏNİB
Elm və təhsil13:10