Romulus Rusin-Sendi: Budapeşt NATO ilə tam əməkdaşlığa qayıdır
- 19 iyun, 2026
- 05:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Macarıstan NATO müttəfiqləri ilə tam hərbi əməkdaşlığı bərpa edir, lakin Ukraynaya silah tədarük etməyəcək və ya ora qoşun göndərməyəcək.
"Report"un məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Romulus Rusin-Sendi Brüsseldə keçirilən ittifaq ölkələrinin müdafiə nazirlikləri rəhbərlərinin görüşünün yekunları üzrə açıqlamsında deyib.
O, Kanada və İsveçdən olan həmkarları ilə, eləcə də NATO-nun baş katibi Mark Rütte ilə ikitərəfli görüşlər keçirdiyini bildirib: "Mən onlara geri qayıtdığımızı dedim".
Rusin-Sendi vurğulayıb ki, Budapeşt Ukraynadakı münaqişə ilə bağlı hazırkı mövqeyini qoruyub saxlayır: ölkə ölümcül silahlar verməyəcək və ya qoşun yerləşdirməyəcək. O, bu mövqeyi Macarıstanın əvvəlki rəhbərliyi tərəfindən dəfələrlə təkrarladığını xatırladıb.
Nazir həmçinin bildirib ki, yeni hökumət Macarıstanın Aİ və NATO-da tam iştirakını təmin etmək niyyətindədir. O qeyd edib ki, əvvəllər müttəfiqlərlə qarşılıqlı əlaqə Ukrayna və Rusiya ilə münasibətlər məsələsində fikir ayrılıqları səbəbindən çətinləşirdi.