Roma papası Çin, Tayvan və Honq Konq rəhbərlərinə teleqram göndərib

Digər ölkələr
  • 23 noyabr, 2019
  • 07:20
Roma papası Çin, Tayvan və Honq Konq rəhbərlərinə teleqram göndərib

Roma papası Fransisk Çinin dövlət başçısı Si Cinpinə, Tayvanın rəhbəri Tsai İnq-Venə və Honkonqun rəhbəri Karri Lama teleqram göndərib.

“Report” AP-yə istinadən xəbər verir ki, Banqkokdan həmin ərazilərin hava məkanından istafdə etməklə Tokioya uçan papa təyyarədən göndərdiyi teleqramlarında Çin, Tayvan və Honkonq sakinlərinə sülh, əmin-amanlıq arzulayıb.

Xatırladaq ki, Vatikan rəsmən Çinin bir əyaləti sayılan, əslində isə 1949-cu ildən ayrıca dövlət kimi fəaliyyət göstərən Tayvanla diplomatik əlaqələrə malik olsa da, ancaq rəsmi Pekinlə gərginliyə yol verməmək üçün Taypeydən gələn dəvətləri qəbul etmir.