Britaniya kraliçasının “sapfir” yubileyi keçirilir
Digər ölkələr
- 06 fevral, 2017
- 13:21
Bakı. 6 fevral. REPORT.AZ/ II Yelizaveta taxt-tacda olmasının 65 illiyini qeyd edən ilk Britaniya monarxıdır.
“Report” BBC-yə istinadən xəbər verir ki, o, 2015-ci ilin sentyabrında Briləşmiş Krallığı uzun müddətə idarə edən monarx olub.
Məlumata görə, Londonda bu məqsədlə atəşfəşanlıq keçiriləcək. Kraliçanın taxt-tacda oturmasının 65 illiyi şərəfinə Qrin-parkda 41, bir saat sonra isə Tauerdə 62 dəfə yaylım atəşi açılacaq. I Dünya müharibəsindən qalma 6 topu 89 at meydana aparacaq.
Xəbərdə bildirilib ki, kraliça ənənəvi olaraq tacqoymanı Norfolkda Sandringem sarayında qeyd edir və bir neçə gündən sonra Birkingem sarayına qayıdır.
Qeyd edək ki, kraliçanın taxt-tacda olmasının 65 illiyinə “sapfir yubiley” də deyilir.
Son xəbərlər
22:52
"Çelsi" London derbisində "Arsenal"a məğlub olub
Futbol22:28
Sabah Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
Energetika22:20
Türkiyənin voleybol millisi tarixində ikinci dəfə Avropa çempionu olub
Komanda22:07
Premyer Liqa: "Qarabağ" növbəti qələbəsini qazanıb
Futbol22:05
Uitkoff: ABŞ, Rusiya və Ukrayna tezliklə üçtərəfli görüş elan edə bilərlər
Digər ölkələr21:41
Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
Hadisə21:29
Kabo-Verdedə avtobus qəzası nəticəsində ölənlərin sayı 25-ə çatıb – YENİLƏNİB
Digər ölkələr21:11
Türkiyədə mikroavtobus su kanalına aşıb, 15 nəfər xəsarət alıb
Region20:58
Foto