AMB "Binance"la kriptoaktivlər üzrə əməkdaşlıq imkanlarını müzakirə edib

Maliyyə
  • 05 noyabr, 2026
  • 12:52
AMB Binancela kriptoaktivlər üzrə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan Mərkəzi Bankın (AMB) sədr müavini Vüsal Xəlilov "Binance" şirkətinin Mərkəzi və Şərqi Avropa, MDB və Afrika regionları üzrə regional rəhbəri Kirilo Xomyakovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Görüş zamanı kriptoaktivlər üzrə tənzimləmə çərçivəsinin inkişafı, xüsusi tənzimləmə rejimində kriptoaktivlərlə əlaqəli innovativ məhsulların sınaqdan keçirilməsi, real aktivlərin tokenləşdirilməsi imkanları və bu sahələrdə digər ölkələrin təcrübələri müzakirə olunub.

Görüşdə həmçinin qeyd olunan təşəbbüslərdə "Binance" şirkəti ilə əməkdaşlığın mümkün istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.