Qətər il yarım əvvəl geri çağırılmış səfirini yenidən İrana göndərir

Digər ölkələr
  • 23 avqust, 2017
  • 22:37
Qətər il yarım əvvəl geri çağırılmış səfirini yenidən İrana göndərir

Bakı. 24 avqust. REPORT.AZ/ Qətər hakimiyyəti il yarım əvvəl geri çağırılmış səfirinin yenidən İrana qaytarılması barədə qərar qəbul edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü axşam əmirliyin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Qətər dövləti bəyan edir ki, əmirliyin səfiri tezliklə Tehranda öz diplomatik vəzifələrinin icrasına başlayacaq", - deyə məlumatda qeyd olunur.

Bəyanatda, həmçinin vurğulanır ki, əmirlik İran İslam Respublikası ilə "bütün sahələrdə" ikitərəfli münasibətləri möhkəmləndirmək niyyətindədir.

44 - Tezliklə