Qazaxıstanda AES-in inşası 10-15 milyard dollar qiymətləndirilib

Digər ölkələr
  • 21 dekabr, 2023
  • 07:18
Qazaxıstanda AES-in inşası 10-15 milyard dollar qiymətləndirilib

Qazaxıstan hökuməti ilk Atom Elektrik Stansiyasının (AES) inşasının 10-15 milyard dollara başa gələcəyini proqnoz edib.

“Report” xəbər verir ki, bunu “Qazaxıstan Atom Elektrik Stansiyaları” ASC-nin baş direktoru Timur Jantikin deyib.

"Hazırda maliyyə mənbələri üzərində iş aparılır. Bunlar əsasən beynəlxalq maliyyə qurumlarıdır", - o bildirib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sentyabrın 1-də xalqa müraciətində AES-in inşası məsələsinin ümumxalq səsverməsinə çıxarılmasını təklif edib. Onun fikrincə, bu məsələ ilə bağlı ictimai dinləmələri və hərtərəfli geniş müzakirələri davam etdirmək lazımdır.