Putin: “ABŞ Rusiya ilə Avropanın arasını vurmağa nail olub”

Digər ölkələr
  • 19 dekabr, 2023
  • 13:41
Putin: “ABŞ Rusiya ilə Avropanın arasını vurmağa nail olub”

ABŞ Rusiya və Avropanı arasını vurmaqla məqsədinə nail olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında deyib.

“ABŞ qəsdən bizi və Avropanı bu münaqişəyə sürüklədi, bu mənada məqsədinə çatdı - Rusiya ilə Avropanın arasını pozdu. İndi onlar maliyyə məsuliyyəti və ödəniş yükünü Avropanın üzərinə atır və qitənin iradəsiz nəsli buna müqavimət göstərə bilmir”, - o vurğulayıb.