Polşa 1,7 min kəşfiyyat PUA-sı alacaq
- 05 sentyabr, 2023
- 15:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Polşanın Milli Müdafiə Nazirliyi 1,7 min kəşfiyyat aparatı alacaq.
"Report" xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
“Sentyabrın 5-də Keltsedə keçirilən 31-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi zamanı milli müdafiə naziri Mariuş Blaşak Polşa Respublikasının Prezidenti Andjey Dudanın iştirakı ilə FlyEye kiçik pilotsuz təyyarə sistemlərinin tədarükünə dair çərçivə sazişini təsdiqləyib”, - məlumatda qeyd edilib.
Bildirilir ki, Silah Agentliyi ilə istehsalçı "WB Electronics S.A." arasında bağlanan müqavilə 2035-ci ilin sonuna qədər etibarlı olan, sonrakı icra müqavilələri çərçivəsində ən son versiyaların təxminən 1,7 min PUA-nın alınmasını nəzərdə tutur.
Müqavilələrə PUA operatorları üçün logistika və təlim paketləri daxildir.