“Pfizer” Avropaya peyvənd tədarükünü azaldır
Digər ölkələr
- 15 yanvar, 2021
- 14:24
ABŞ-ın “Pfizer” əczaçılıq şirkəti koronavirusa qarş peyvəndin Avropaya tədarükünü gələn həftədən müvəqqəti olaraq azaldacaq.
“Report” DW-yə istinadən xəbər verir ki, bu barədə Norveç İctimai Səhiyyə İnstitutu bildirib.
Qurumun açıqlamasında “Pfizer”in illik istehsal gücünü 1,3 milyard dozdan 2 milyard dozayadək artırmağı qarşıya məqsəd qoyaraq texnoloji dəyişikliklər apardığı göstərilir.
“Biz gələn həftəyə “Pfizer”dən 43 875 dərman dozunu gözləyirdik. Artıq belə görünür ki, 36 075 doz alacağıq”, - deyə bəyanatda qeyd olunur.
“Pfizer” şirkətinin əvvəlki istehsalat gücünə nə vaxt qayıdacağının hələlik müəmmalı olduğu da vurğulanıb.
Son xəbərlər
12:51
Macarıstanın "Pakş" AES-in gücü nasazlıq səbəbindən azaldılıb
Digər ölkələr12:28
Ryabkov: Yaxın həftələrdə Rusiya-ABŞ nümayəndələrinin yeni görüşü planlaşdırılır
Region12:14
Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb
Futbol12:13
Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək
Ekologiya12:01
Çin şirkəti "Kinetica-1" daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb
İKT12:00
20 Sentyabr İlham Əliyevin dövlətçilik strategiyasının nəticəsidir - RƏY
Daxili siyasət11:49
Bakıda taekvondo üzrə ölkə çempionatı və "Koreya Səfiri Kuboku" keçiriləcək
Fərdi11:35
Video
DİN: Tarixi missiya uğurla yerinə yetirildi
Daxili siyasət11:25