Ryabkov: Yaxın həftələrdə Rusiya-ABŞ nümayəndələrinin yeni görüşü planlaşdırılır
- 20 sentyabr, 2026
- 12:28
Yeniliklərdən dərhal xəbərdar olun!
İkitərəfli münasibətlərdəki qıcıqlandırıcı amillərin həlli üçün yeni Rusiya-ABŞ nümayədələrinin görüşü yaxın həftələrdə planlaşdırılır.
"Report"un Rusiya mediasına istinadən məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Yaxın həftələrdə (görüş planlaşdırılır -red.)", - o, müvafiq suala cavab olaraq deyib.
S.Ryabkovun sözlərinə görə, bu cür görüşlər bir qədər müntəzəm hala gəlib.
"Biz bunu faydalı hesab edirik. Digər məsələ isə məzmunlu nöqteyi-nəzərdən irəliləyiş sürətinin arzuolunan və gözləniləndən aşağı olmasıdır.
Buna baxmayaraq, biz bundan imtina etmirik; irəliləməyə davam edəcəyik", - diplomat vurğulayıb.
İyunun sonunda Ryabkov Rusiya və ABŞ arasında münasibətlərdəki qıcıqlandırıcı amillərin həlli ilə bağlı dialoqun hazırda dayandırıldığını, lakin yayın sonuna qədər yeni ekspert məsləhətləşmələrinin mümkün olduğunu bildirib.
Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti Rusiya-ABŞ görüşünün vaxtının müəyyən edildiyini bildirib.