Peter Siyarto: Ukraynada Türkiyənin vasitəçiliyi ilə danışıqların başlamasını istəyirik

Digər ölkələr
  • 15 fevral, 2024
  • 13:54
Peter Siyarto: Ukraynada Türkiyənin vasitəçiliyi ilə danışıqların başlamasını istəyirik
Peter Siyarto

Ukraynada Türkiyənin vasitəçiliyi ilə danışıqların başlamasını istəyirik.

“Report” xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto Ankarada türkiyəli həmkarı Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O, Türkiyənin proseslərdəki rolunu yüksək qiymətləndirib: “Müharibə nə qədər uzun çəkərsə, dağıntılar, itkilər də bir o qədər çox olacaq. Biz savaşın bitməsini istəyirik. NATO-Rusiya müharibəsinin başlanmasının qarşısını almaq niyyətindəyik”.