Peter Siyarto: "Macarıstan Rusiyadan neft alışını dayandırmağı planlaşdırmır"
Digər ölkələr
- 23 sentyabr, 2025
- 14:59
Macarıstan Rusiyadan neft alışını dayandırmaq niyyətində deyil.
"Report" "The Guardian"a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində bildirib.
"Başqa yerdən neft-qaz almaqla bağlı xəyal qurmaq gözəl olardı, amma Rusiyadakı mənbələr olmadan etibarlı enerji tədarükünü təmin edə bilmərik", - o qeyd edib.
Macarıstan XİN başçısı ölkəsinin enerjini yalnız müvafiq infrastrukturu olan ölkələrdən ala biləcəyini qeyd edib. O vurğulayıb ki, Budapeşt Rusiyadan tədarük olmadan enerji təhlükəsizliyini təmin edə bilməz.
P.Siyarto bu bəyanatı ABŞ Prezidenti Donald Trampın NATO üzvü olan bütün ölkələri Rusiyadan neft alışını dayandırmağa çağırmasından sonra verib.
Son xəbərlər
07:11
Bakı və Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Energetika06:45
Qətər ABŞ-dən uzunmüddətli LNG tədarükü imkanlarını müzakirə edir
Digər ölkələr06:19
Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub
Biznes05:42
İsveçrədə avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var
Digər ölkələr05:06
Tramp İranla münaqişənin nə vaxt başa çatacağını açıqlayıb
Digər ölkələr04:37
BƏƏ Almaniya iqtisadiyyatına 40 milyard avro investisiya yatıracaq
Digər ölkələr04:13
ABŞ-də dizelin qiyməti tarixi maksimuma çatıb
Digər ölkələr03:35
Oman sahillərində iki gəmi hücuma məruz qalıb
Digər ölkələr03:05