Peskov: "Kiyevin Moskva ilə dialoqa hazır olması barədə bəyanatı müsbət haldır"

Digər ölkələr
  • 25 fevral, 2022
  • 11:11
Peskov: Kiyevin Moskva ilə dialoqa hazır olması barədə bəyanatı müsbət haldır

“Kiyevin Moskva ilə diaqloqlara hazır olması barədə bəyanatı müsbət dinamikadır”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Bu, yeni bəyanatdır. Açıqlama diqqətimizi çəkdi. İndi biz bunu təhlil edəcəyik”- o bildirib.

Lakin D.Peskov V.Putinlə ukraynalı həmkarı Volodimir Zelenski arasında görüşün olacağı sualını şərh etməyib.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Kiyevin sülhə hazır olduğunu demişdi.