Pentaqon rəhbəri: "NATO şərq cinahını gücləndirməyə davam edəcək"
Digər ölkələr
- 18 fevral, 2022
- 15:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"NATO Rusiyanın hərəkətlərinə cavab olaraq şərq cinahını gücləndirməyə davam edəcək".
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin Varşavada polşalı həmkarı Mariuş Blaşak ilə birgə mətbuat konfransında bildirib.
“Rusiya Prezidenti Vladimir Putinin istəmədiyi şey NATO-nun güclənməsidir, o, məhz bunu görəcək”, - ABŞ müdafiə naziri deyib.
Ostin Moskva ilə gərginlik şəraitində Polşanın Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə dəyərli töhfəsini qeyd edib.
Pentaqon rəhbəri Rusiyanın Ukraynaya müdaxiləsi halında Polşa sərhədlərinə on minlərlə qaçqının axını ehtimalına da işarə edib.
"Böhranın həllində diplomatiya üçün hələ vaxt var", - L.Ostin əlavə edib.
Son xəbərlər
18:29
Pərviz Səfərov: Azərbaycana indiyədək 500-dən çox ukraynalı uşaq gətirilib
Xarici siyasət
18:27
Foto
Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb
Daxili siyasət
18:25
İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək
Region
18:23
Foto
Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı ixtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib
Sağlamlıq
18:14
Estoniyanın yeni Prezidenti Madize vəzifəsinin icrasına başlayıb
Digər ölkələr
18:09
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir"
Futbol
18:08
Foto
Video
"Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib
Hərbi
18:06
"Sabah"ın futbolçusu Rəhman Daşdəmirov: "Slaviya"nı yaxşı təhlil etmişik"
Futbol
18:00
Foto
Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
Sosial müdafiə