Parisdə polis əməkdaşı həmkarına hücum etmiş şəxsi güllələyib
Digər ölkələr
- 27 mart, 2017
- 03:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 mart. REPORT.AZ/ Parisdə polis əməkdaşı qayçı ilə həmkarına hücum etmiş şəxsi güllələyib.
"Report"un məlumatına görə, bu barədə "Le Parisien" xəbər verib.
Xəbərdə bildirilir ki, polislər mənzilə məişət zorakılığı ilə bağlı çağırışa gəliblər. Lakin qapı açıldıqda 50 yaşlı kişi qayçı ilə hüquq mühafizə orqanı əməkdaşlarının birinin üzərinə hücum edib və onu yaralayıb.
Digər polis əməkdaşı hücum edən şəxsə atəş açıb. Asayiş keşikçisinin özünümüdafiə məqsədilə yalnız bir güllə atdığı bildirilir. Bununla belə, kişi sinəsindən aldığı yaradan dünyasını dəyişib.
Nəşrin məlumatına görə, ölən şəxs alkoqolizmdən və ruhi xəstəlikdən əziyyət çəkirmiş və məişət zorakılığına yol verirmiş.
Son xəbərlər
04:57
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1 500 hərbçi göndərəcək
Digər ölkələr
04:31
Aİ Arktikada ABŞ və Rusiyaya qarşı mübarizə üçün proqrama başlamaq niyyətindədir
Digər ölkələr
03:47
Sankt-Peterburqda beş nəfər meymunçiçəyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib
Region
03:23
KXDR yeni süni intellektə əsaslanan torpedasını sınaqdan keçirib
Digər ölkələr
03:17
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
Digər ölkələr
02:54
Hindistanda süni intellekt agentləri bir neçə şirkətin sistemlərinə haker hücumu ediblər
İKT
02:18
Rusiya Baş nazirinin müavini ölkədə benzin qıtlığı ilə bağlı vəziyyəti gərgin adlandırıb
Region
02:18
AK 2027-ci ildə Ukrayna üçün əlavə maliyyələşdirmə təklifləri hazırlayacaq
Digər ölkələr
02:10
Tramp Ağ Evin mətbuat katibinin işdən çıxarılmasını təsdiqləyib
Digər ölkələr