Fransada hərbçilərə hücumda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Digər ölkələr
  • 09 avqust, 2017
  • 12:40
Fransada hərbçilərə hücumda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakı. 9 avqust. REPORT.AZ/ Paris ətrafındakı Levallua-Perre şəhərində avtomobili hərbçilərin üzərinə sürməkdə şübhəli bilinən sürücü saxlanılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, saxlanma zamanı kişi yaralı olub.

BFMTV telekanalı hazırda saxlanılan şəxsin hücum edən olub-olmadığını dəqiq söyləməyə əsas verəcək yoxlamaların aparıldığını xəbər verib.


***11:35

Fransa paytaxtı Parisin ətrafında yerləşən Levallua-Perre kommunasında "Sentinelle" əməliyyatında iştirak edən hərbçilərə hücum edilib.

"Report" Fransa KİV-inə istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslər avtomobili hərbçilərin üzərində sürüblər.

Yerli polis 6 hərbçinin yaralandığını, onlardan ikisinin vəziyyətinin ağır olduğunu bildirib.

Hazırda polis hücumda istifadə edilən avtomobili axtarır.