​Paraqvayda göyərtəsində 13 ton marixuana tapılan gəminin kapitanı özünü güllələyib

Digər ölkələr
  • 28 may, 2015
  • 03:17
​Paraqvayda göyərtəsində 13 ton marixuana tapılan gəminin kapitanı özünü güllələyib

Bakı. 28 may. REPORT.AZ/ Paraqvayda Narkotiklərə qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən göyərtəsində 13 ton marixuana aşkar edilən gəminin kapitanı özünü güllələyərək intihar edib.

"Report" TASS-a istinadən xəbər verir ki, idarədə narkotik partiyası dəyərinin 10 milyon dollar ola biləcəyi ehtimal edilir.

53 yaşlı gəmi kapitanı polislərin tapıntısından sonra tapança ilə özünə atəş açıb, komandanın digər üzvləri hazırda dindirilir.

44 - Tezliklə