Papa Rusiya-Ukrayna münaqişəsi ilə bağlı dövlətlərə çağırış edib
- 15 sentyabr, 2025
- 07:00

"Rusiya-Ukrayna münaqişəsində, həm də digər münaqişələrdə bu qədər illərdən sonra hər iki tərəfdən insanların mənasız şəkildə öldürülməsinə alternativ yeganə cavab, sülhdür".
"Report" xəbər verir ki, bunu Roma Papası XIV Leo bəyan edib.
Pontifik həmçinin Vatikanın münaqişələrdə vasitəçi kimi çıxış etmək təkliflərindən, o cümlədən Rusiya və Ukrayna arasında danışıqların aparılması imkanından da danışıb:
"Müqəddəs Taxt-Tac müharibənin başlanğıcından bəri həqiqətən neytral mövqe tutmaq üçün çox səy göstərib. Mən sülh tərəfdarı olan Müqəddəs Taxt-tacın səsi ilə, fikrimcə, çox fərqli və birincisi qədər real olmayan vasitəçi rolunu ayırd edərdim. Düşünürəm ki, bir çox müxtəlif aktorlar kifayət qədər səy göstərməlidirlər ki, döyüşən tərəfləri deməyə məcbur etsinlər: bəsdir, gəlin fikir ayrılıqlarımızı həll etmək üçün başqa bir yol tapaq".