Pakistandakı məbəddə partlayışda ölənlərin sayı 18-ə çatıb, 22 nəfər yaralanıb - YENİLƏNİB
- 05 oktyabr, 2017
- 15:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 oktyabr. REPORT.AZ/ Pakistanın Bəlucistan əyalətində intiharçı-kamikadzenin məbəddə törətdiyi partlayış nəticəsində ölənlərin sayı 18-ə, yaralıların sayı isə 22 nəfərə çatıb.
"Report"un verdiyi xəbərə görə, bu barədə "Geo TV" telekanalı polisə istinadən məlumat yayıb.
*** 18:52
Pakistanın Bəlucistan əyalətində intiharçı-kamikadzenin məbəddə törətdiyi partlayış nəticəsində 12 nəfər ölüb, 8 nəfər yaralanıb.
"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə "Geo TV" yerli televiziya kanalı məlumat yayıb.
Hadisə Çal-Maqsi şəhəri yaxınlığında baş verib. Belə ki, intiharçı-kamikadze məbədə daxil olan zaman polislər onu saxlamaq istəyərkən partlayıcı qurğunu işə salıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların arasında ən azı iki polis var.
Hələlik heç bir terrorçu qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.