Özbəkistan MSK-nın qərarlarından beş gün ərzində Ali Məhkəməyə şikayət verilə bilər

Digər ölkələr
  • 08 iyul, 2023
  • 13:10
Özbəkistan MSK-nın qərarlarından beş gün ərzində Ali Məhkəməyə şikayət verilə bilər

“Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) qərarlarından qəbul edildiyi gündən beş gün ərzində Ali Məhkəməyə şikayət verilə bilər”.

“Report”un Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zayniddin Nizamxocayev mətbuat konfransında deyib.

“Seçkilərdə namizədləri iştirak edən partiyalar, vəkil edilmiş şəxslər, müşahidəçilər və seçicilər seçki komissiyalarının qərarlarından rayon və vilayət məhkəmələrinə şikayət verə bilərlər”, - o bildirib.

MSK sədri əlavə edib ki, sabah yerli vaxtla saat 20:00-da səsvermənin başa çatdığını elan ediləcək və səslərin hesablanmasına başlanılacaq.

Qeyd edək ki, iyulun 9-da Özbəkistanda növbədənkənar prezident seçkiləri keçiriləcək.