Orbanın sədri olduğu partiya Macarıstanda parlament seçkilərində qalib olub

Digər ölkələr
  • 03 aprel, 2022
  • 21:40
Orbanın sədri olduğu partiya Macarıstanda parlament seçkilərində qalib olub
Viktor Orban

Macarıstanda bazar günü keçirilən növbəti parlament seçkilərində Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi hakim "Fides - Macarıstan Vətəndaş Birliyi" partiyası qalib gəlib.

"Report" xəbər verir ki, bu barədə Milli Seçki Bürosu məlumat yayıb,

Hakim blok parlamentdə üçdə iki konstitusion çoxluğunu saxlaya biləcək. Seçkilər ərəfəsində əksər politoloqlar "Fides"-in qələbəsini proqnozlaşdırsalar da, bunun bu qədər inandırıcı ola biləcəyini gözləmirdilər.

Seçki komissiyasının saytında dərc olunan hesablamalara görə, bülletenlərin 71%-i hesablandıqdan sonra "Fides" və Xristian Demokrat Xalq Partiyası (CDPP) partiya siyahıları üzrə 55 % səs toplayıb.

Qeyd edilir ki, "Fides" nümayəndələri kiçik müttəfiqləri - xristian demokratlar ilə birlikdə ölkənin birpalatalı parlamentdə hələ də 199 yerdən 134-nə qazanacaqlarına arxalana bilərlər.

01:14

Macarıstanın Baş naziri Viktor Orban da hakim alyansın parlament seçkilərində qalib gəldiyini elan edib.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Bundan əvvəl Milli Seçki Bürosu (NVI) bülletenlərin 53,19%-nin sayılmasının nəticələrinə əsasən bildirib ki, hakim “Fides” - Xristian Demokratik Xalq Partiyası alyansı 67,34 % səslə öndədir. Peter Marki-Zayın rəhbərlik etdiyi müxalifət koalisiyası isə 29,15 % səs toplayıb.

Əgər bu fərq davam edərsə, “Fides”- Xristian Demokratik Xalq Partiyası alyansı parlamentdə 134 yer, rəqibləri isə 56 yer qazanacaq.