Nyu-Yorkda partlayış törətməkdə şübhəli bilinən şəxsin adı açıqlanıb

Digər ölkələr
  • 19 sentyabr, 2016
  • 12:33
Nyu-Yorkda partlayış törətməkdə şübhəli bilinən şəxsin adı açıqlanıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Nyu-Yorkda partlayış törətməkdə şübhəli bilinən şəxsin adı açıqlanıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Nyu-York Şəhər Polis İdarəsinin rəisi öz "Twitter" səhifəsində yazıb.

Məlumata görə, həmin şəxs 28 yaşlı ABŞ vətəndaşı, Nyu-Cersi sakini Əhməd Xan Raxamidir.

Xatırladaq ki, sentyabrın 17-də Nyu-Yorkun Çelsi rayonunda törədilən partlayış nəticəsində 29 nəfər yaralanıb. 

44 - Tezliklə