Nigeriyada neft kəmərinin partlaması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Digər ölkələr
  • 14 oktyabr, 2018
  • 10:27
Nigeriyada neft kəmərinin partlaması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
Foto: Global Look Press/Xinhua/Zhang Baoping

Bakı. 14 oktyabr. REPORT.AZ/ Nigeriyanın Abiya ştatından keçən neft kəmərinin partlaması nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilir ki, 14 nəfər Umuimo, daha 10 nəfər isə Umuduru yaşayış məntəqəsində həyatını itirib.

İlkin məlumata görə, neft kəmərinin təmir işləri aparılan hissəsində sızma baş verib.

Cümə günü baş verən partlayışdan sonra hadisə yerində yanğın olub.


***02:57

Bakı. 13 oktyabr. REPORT.AZ/ Nigeriyanın Milli Neft Şirkətinin boru kəmərində yanğın olub.

Bu barədə "Report" "Sinxua"ya istinadən xəbər verir.

Məlumata görə, hadisə ölkənin cənubunda qeydə alınıb. Yanğın zamanı 19 nəfər həlak olub.

"Reuters" isə hadisə zamanı 16 nəfərin öldüyünü xəbər verib. Agentliyin məlumatına görə, yanğın ölkənin cənub-şərqində baş verib.

Hadisənin başvermə səbəbi hələ məlum deyil.

Xatırladaq ki, ötən ay Nigeriyada benzin daşıyan avtomobilin partlaması nəticəsində onlarla insan ölmüş və yaralanmışdı.

44 - Tezliklə