Netanyahu İstanbuldakı terror aktını pisləyib və Türkiyədən eyni addımı gözlədiyini bildirib

Digər ölkələr
  • 11 dekabr, 2016
  • 14:45
Netanyahu İstanbuldakı terror aktını pisləyib və Türkiyədən eyni addımı gözlədiyini bildirib

Bakı. 11 dekabr. REPORT.AZ/ İsrail Türkiyə ərazisində törədilən hər bir terror aktını pisləyir və Ankaradan cavabında analoji addımı gözləyir.

"Report" xəbər verir ki, bu bəyanatla yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu çıxış edib.

O hesab edir ki, terrorçuluqla mübarizə ümumi olmalıdır.

"Terrorun pislənməsi, onun qarşısının alınması kimi qarşılıqlı olmalıdır. İsrail dövləti bunu münasibət saxladığı bütün ölkələrdən, o cümlədən Türkiyədən də gözləyir", - deyə baş nazir vurğulayıb.