Nepallı ekspert: Ölkəmizin paytaxtında kütləvi köçürülmələr əsas problemdir

Digər ölkələr
  • 21 may, 2026
  • 16:33
Nepallı ekspert: Ölkəmizin paytaxtında kütləvi köçürülmələr əsas problemdir

Nepalın paytaxtı Katmanduda kütləvi köçürülmələr əsas problemdir.

"Report" xəbər verir ki, bu barədə Nepaldan olan şəhərsalma və icma inkişafı üzrə ekspert Lajana Manandhar Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Vətəndaş cəmiyyəti və yerli təşəbbüs təşkilatları" adlı dəyirmi masada deyib.

Onun sözlərinə görə, Nepalda bu istiqamətdə müxtəlif işlər də görülüb:

"Biz icma və qadınlar tərəfindən idarə olunan qənaət və kredit kooperativlərini təşviq edərək çox yaxşı işlər, yaxşı nailiyyətlər nümayiş etdirə bilmişik. Hansı ki, bu kooperativlər qeyri-rəsmi qəsəbələrdəki yoxsul ailələrə torpaq və mənzil əldə etməkdə dəstək olublar. Bu həmçinin qadınların səlahiyyətləndirilməsinə, icmanın gücləndirilməsinə səbəb olub, onlara hökumətlərlə işləmək imkanları yaradıb və orada icmalar şəhər miqyasında xəritəçəkmə işlərinə rəhbərlik ediblər".

44 - Tezliklə