Nepal ölkələrin axtarış-xilasetmə işlərinin aparılması ilə bağlı yardım təklifindən imtina edir
- 28 avqust, 2026
- 11:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Nepal ölkənin bir neçə yaşayış məntəqəsinə ziyan vuran dağıdıcı daşqından sonra axtarış-xilasetmə əməliyyatlarının aparılması üçün xarici yardımdan imtina edib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" Nepalın Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb.
XİN-dən bildirilib ki, ölkə xilasetmə işlərinin öhdəsindən müstəqil şəkildə gəlir.
"Kömək təklif edilməsi təbiidir. Təhlükəsizlik xidmətlərimiz axtarış-xilasetmə əməliyyatı həyata keçirir. Hələlik belə bir yardıma ehtiyacımız yoxdur", - nazirliyin rəsmi nümayəndəsi Lok Bahadur Çhetri əlavə edib.
Bununla belə, bəzi ölkələr öz narahatlıqlarını və kömək etmək istəklərini ifadə edirlər. Belə ki, Cənubi Koreya axtarış-xilasetmə əməliyyatında iştirak məsələsi ilə bağlı Nepalla danışıqları davam etdirəcəyini bildirib.
"Cənubi Koreya bu məsələ ilə bağlı Nepalla danışıqları davam etdirəcək", - Cənubi Koreya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur.
Cənubi Koreyanın xarici işlər naziri Seulun beynəlxalq təşkilatlar vasitəsilə 1 milyon dollar humanitar yardım ayıracağını bildirib.