NATO təyyarəsi Rumıniya-Ukrayna sərhədində uçuş həyata keçirib
- 05 iyul, 2026
- 05:32
Yeniliklərdən dərhal xəbərdar olun!
NATO-ya məxsus "Boeing E-3A Sentry" uzaqmənzilli radiolokasiya aşkaretmə və idarəetmə təyyarəsi Qara dənizin Rumıniya sahilləri ərazisində dairəvi uçuş həyata keçirib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) aviadispetçer xidmətlərindəki mənbə bildirib.
Onun sözlərinə görə, təyyarə Litvadakı aviabazadan çıxıb və Rumıniya-Ukrayna sərhədi yaxınlığında uçuş həyata keçirib.
Mənbə qeyd edib ki, "Boeing E-3A Sentry" obyektləri 400 km-ə qədər məsafədə aşkarlamağa və müəyyən etməyə imkan verir. Təyyarə mülki aviasiya marşrutlarından kənarda, təxminən 9,5 km hündürlükdə uçuş həyata keçirir.
Xatırladaq ki, daha əvvəl Qara dənizin neytral suları üzərində NATO-nun "Bombardier Challenger 650 Artemis II" kəşfiyyat və hədəfgöstərmə təyyarəsinin uçuşu da qeydə alınıb.