NATO Əfqanıstandakı missiyasının müddətini 2016-ci ilin sonuna qədər uzadacaq

Digər ölkələr
  • 01 dekabr, 2015
  • 12:33
NATO Əfqanıstandakı missiyasının müddətini 2016-ci ilin sonuna qədər uzadacaq

Bakı. 1 dekabr. REPORT.AZ/ NATO Əfqanıstandakı missiyasının müddətini 2016-ci ilin sonuna qədər uzadacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq alyansa daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşündən öncə məlumat verib.

"NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyası üzrə təlimçilərin və məsləhətçilərin missiyasının vaxtını uzadacağıq. Həmçinin onda iştirak edən qüvvələrin səviyyəsini müzakirə edəcəyik. Bundan başqa, 2018-ci ildən sonra Əfqanıstan ordusunun maliyyələşdirilməsi üzrə vəsait toplanması kampaniyasının başlanmasını nəzərdən keçirəcəyik", - baş katib deyib.

44 - Tezliklə