Rusiyanın Odessadakı baş konsulluğuna bomba qoyulduğu bildirilib

Digər ölkələr
  • 22 iyul, 2016
  • 13:00
Rusiyanın Odessadakı baş konsulluğuna bomba qoyulduğu bildirilib

Bakı. 22 iyul. REPORT.AZ/ Odessa polisinə Rusiyanın bu şəhərdəki baş konsulluğuna və "Sberbank"ın iki filialına bomba qoyulduğu barədə məlumat daxil olub.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, partlayıcı qurğular barədə polisə şəhərin naməlum sakini məlumat verib.

Qeyd olunur ki, hadisə yerinə istintaq-əməliyyat qrupu və bütün müvafiq xidmətlərin mütəxəssisləri gəliblər.