Mumbayda neftayırma zavodunda yanğın olub, 21 nəfər xəsarət alıb

Digər ölkələr
  • 08 avqust, 2018
  • 13:44
Mumbayda neftayırma zavodunda yanğın olub, 21 nəfər xəsarət alıb

Bakı. 8 avqust. REPORT.AZ/ Mumbayda neftayırma zavodunda baş verən yanğın nəticəsində azı 21 nəfər xəsarət alıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, zavod Hindistanın “Bharat Petroleum” neft-qaz şirkətinə məxsusdur.

Yanğın zamanı silsilə partlayışlar da baş verib. Yanğının səbəbi məlum deyil. Hadisə yerində mütəxəssislər və xilasedicilər fəaliyyət göstərir.

“Bharat Petroleum”un bəyanatında yanğının hələ tam söndürülmədiyi də vurğulanıb. Ölənlərin olub-olmaması barədə hələlik məlumat yoxdur.

44 - Tezliklə