Müdafiə naziri: "Qətərin strateji hədəfi NATO-ya daxil olmaqdır”

Digər ölkələr
  • 06 iyun, 2018
  • 09:58
Müdafiə naziri: Qətərin strateji hədəfi NATO-ya daxil olmaqdır”

Bakı. 6 iyun. REPORT.AZ/ “Qətərin strateji hədəfi NATO-ya daxil olmaqdır”.

“Report” “DW”yə istinadən xəbər verir ki, bunu Qətərin müdafiə naziri Xaled bin Məhəmməd əl-Atıyya bildirib.

Onun fikrincə, ölkəsi Alyansın blokdankənar müttəfiqidir.

Nazir qeyd edib ki, Qətər malik olduğu silahların keyfiyyətinə görə bölgənin əsas dövlətlərindəndir. Əl-Altıyya NATO-nun ixtisaslaşdırılmış mərkəzlərindən birini ölkəsində yerləşdirməyə hazır olduqlarını bildirib.