"Arsenal"ın futbolçusu Noni Madueke "Atletiko" və ya "Yuventus"a keçə bilər

Futbol
  • 15 sentyabr, 2026
  • 09:17
Arsenalın futbolçusu Noni Madueke Atletiko və ya Yuventusa keçə bilər

İspaniyanın "Atletiko" və ya İtaliyanın "Yuventus" klubu qış transfer dönəmində İngiltərə təmsilçisi "Arsenal"ın futbolçusu Noni Maduekeni heyətinə qata bilər.

"Report" xəbər verir ki, bu barədə "Caught Offside" nəşri məlumat yayıb.

24 yaşlı hücumçu 2026/2027 mövsümündə az forma şansı qazanır. "Topçular" forvardı icarəyə verməyi düşünür.

Xatırladaq ki, Madueke 2025-ci ilin yayından "Arsenal"da çıxış edir. O, 43 oyunda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

44 filmi