Monako Knyazı ölkə tarixindəki ilk terror aktını pisləyib

Digər ölkələr
  • 30 iyun, 2026
  • 08:59
Monako Knyazı ölkə tarixindəki ilk terror aktını pisləyib

Monako Knyazı II Albert knyazlıq tarixinə ilk terror aktı kimi keçən və bir neçə nəfərin, o cümlədən ukraynalı iş adamı Vadim Yermolayevin xəsarət aldığı hücumu pisləyib.

"Report" xəbər verir ki, bu barədə Monakodakı Knyaz sarayının rəsmi bəyanatında qeyd olunub.

"Monakoda baş verən partlayış bütün moneqask cəmiyyəti üçün sarsıntı oldu", - monarx bildirib.

Dövlət başçısı ictimai təhlükəsizlik bölmələrinin "müstəsna işini" yüksək qiymətləndirib, eləcə də xəsarət alanlara, onların yaxınlarına və terror aktından təsirlənən rayonun sakinlərinin dərdinə şərik olduğunu qeyd edib: "Knyaginya Şarlen, ailəm və şəxsən mən onların hamısına səmimi həmdərdliyimizi və sarsılmaz dəstəyimizi bildirmək istəyirik".

Bazar ertəsi axşam saatlarında Monakoda baş verən partlayış nəticəsində ən azı üç nəfər, o cümlədən Ukrayna əsilli oliqarx Vadim Yermolayev xəsarət alıb.

Dövlət naziri Kristof Mirman AFP-yə bildirib ki, Monakoda baş verən partlayış, böyük ehtimalla, terror aktı olub: "Belə bir hadisə knyazlıq tarixində ilk dəfədir baş verir".

44 - Tezliklə