Moldova və Gürcüstana Aİ-yə üzvlük sorğusu təqdim ediləcək
- 09 aprel, 2022
- 22:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) gələn həftə Gürcüstan və Moldovaya üzvlüyə namizəd statusunun verilməsi üçün zəruri olan anket təqdim edəcək.
"Report" xəbər verir ki, bu barədə Avropanın Genişlənmə və Qonşuluq üzrə komissarı Oliver Varqeyi tviterdə bildirib.
"Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ötən gün anketi Ukraynaya təqdim edib. Aprelin 11-də mən anketi Gürcüstan və Moldovaya təhvil verəcəm. Cavablar Avropa Komissiyasına üç ölkə üzrə nəticə çıxarmağa kömək edəcək", - Varqeyi qeyd edib.
Xatırladaq ki, aprelin 8-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenskiyə sorğu anketini təqdim edib. Anketin tamamlanması Ukraynaya Avropa İttifaqına namizəd statusunun verilməsi üçün zəruri addımdır.
Avropalı diplomat bildirib ki, Ukrayna 2022-ci ilin iyununda Aİ üzvlüyünə namizəd statusunu ala bilər.
President @vonderleyen handed over the questionnaire to #Ukraine yesterday and I will hand the questionnaire over to #Georgia & #Moldova on Monday. The answers will help @EU_Commission to prepare opinions on #EU applications of the three countries, as asked by #EUCO. pic.twitter.com/4fHwWcEIs5
— Oliver Varhelyi (@OliverVarhelyi) April 9, 2022