Meksikada vertolyot qəzası nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb
Digər ölkələr
- 17 fevral, 2018
- 14:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 fevral. REPORT.AZ/ Meksikada daxili işlər naziri və Oahaka ştatı qubernatorunun da göyərtəsində olduğu vertolyotun qəzaya uğraması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun məlumatında deyilir.
"Hadisə yerində 12 meyit aşkar olunub…Daha bir nəfər xəstəxanada keçinib", - deyə prokurorluğun məlumatında qeyd olunur.
Hadisə gecə saatlarında ölkədə baş vermiş zəlzələdən zərər çəkmiş əraziyə təftiş uçuşu zamanı baş verib. Bununla belə məmurlardan heç biri zərər çəkməyib.
İlkin məlumata görə, vertolyot eniş öncəsi 30 metr yüksəklikdə nəzarəti itirib və avtomobilin üzərinə düşüb.
В Мексике число погибших при крушении вертолета возросло до 13 - ОБНОВЛЕНО
Helicopter with Mexican interior minister wrecked
Son xəbərlər
15:47
Foto
ƏƏSMN-in kollektivi şəhidlərin əziz xatirəsini ehtiramla anıb
Daxili siyasət
15:43
Foto
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib
Daxili siyasət
15:42
Foto
Vətən övladlarının xatirəsi Gənclər və İdman Nazirliyinin kollektivi tərəfindən yad olunub
Daxili siyasət
15:38
Foto
FHN-in kollektivi Zəfər abidəsinin önünə gül dəstələri düzüb
Daxili siyasət
15:34
Foto
Video
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Hərbi
15:27
Şahrudin Məhəmmədəliyev "Qarabağ"da 100-cü Premyer Liqa oyununa çıxıb
Futbol
15:24
Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub
Digər ölkələr
15:19
İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib
Digər ölkələr
15:15
Foto
Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı və Şirvanda Zəfər Günü qeyd olunub
Daxili siyasət