Macarıstan XİN: Aİ-nin Türkiyəyə ehtiyacı var

Digər ölkələr
  • 15 fevral, 2024
  • 13:47
Macarıstan XİN: Aİ-nin Türkiyəyə ehtiyacı var

Avropa İttifaqının (Aİ) Türkiyəyə ehtiyacı var.

“Report” xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto Ankarada türkiyəli həmkarı Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

“Təbii qaz tədarükü Türkiyəsiz mümkün deyil. Ankara bu məsələdə bizim əsas tərəfdaşlarımızdandır. Onun terrora qarşı mübarizəsini də dəstəkləyirik”, - o vurğulayıb.