Liviyada silahlılar Qəddafiyə bağlı məmurların saxlandığı türməni ələ keçirib
Digər ölkələr
- 26 may, 2017
- 23:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 may. REPORT.AZ/ Tripolidə Liviyanın Milli Razılıq Hökumətinə (MRH) tabe olan silahlı dəstələr cümə günü axşam ölkənin cənubunda yerləşən və devrilmiş və qətlə yetirilmiş lider Müəmmar Qəddafiyə sadiq keçmiş məmurların saxlandığı həbsxananı ələ keçiriblər.
"Report" xəbər verir ki, bu barədə "France Press" məlumat yayıb.
İslah müəssisəsində Liviyanın sabiq baş naziri Bağdadi əl-Mahmudi (2006-2011) və Liviya xüsusi xidmət orqanlarının sabiq rəisi Abdulla əs-Senussi də daxil olmaqla 30 keçmiş dövlət xadimi cəza çəkir.
Məlumata görə, həbsxana ələ keçirilənədək başqa bir qruplaşmanın nəzarəti altında olub. Hücum zamanı türmənin iki mühafizəçisi ölüb. Məhbusların aqibəti barədə məlumat yoxdur.
Son xəbərlər
22:18
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
Digər ölkələr
21:54
Video
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Daxili siyasət
21:49
Marko Rubio Özbəkistana səfərə gedib
Region
21:40
Sorğu: Trampın reytinqi rekord həddə enib
Digər ölkələr
21:14
Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub edib
Komanda
21:08
Foto
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirini 14 medalla başa vurublar
Fərdi
21:04
Kris Rayt: Moskva ilə müqavilə Rusiya-Ukrayna münaqişəsinin innovativ həllidir
Digər ölkələr
20:44
Azərbaycan gimnastları Dünya Kuboku seriyalarının qalibi olublar
Fərdi
20:26
Foto
Premyer Liqa: "Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə edib
Futbol