Livanın Səhiyyə Nazirliyi: İsrailin hücumları nəticəsində gün ərzində 56 nəfər ölüb
Digər ölkələr
- 28 may, 2026
- 01:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Martın 2-də hərbi eskalasiyanın başlamasından bəri İsrailin Livana hücumları nəticəsində 3 269 nəfər həlak olub, daha 9 840 nəfər yaralanıb.
"Report"un məlumatına görə, bu barədə Livanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkəsində bildirib.
"Son 24 saat ərzində İsrailin ölkənin cənub və şərq bölgələrinə hava hücumları nəticəsində azı 56 livanlı həlak olub, daha 103 nəfər yaralanıb və xəstəxanalara yerləşdirilib", - nazirlik bildirib.
Xilasetmə komandaları intensiv bombardmanlara məruz qalan cənubi Nəbatiyyə əyalətində və Bekaa vadisindəki kəndlərdə dağıntıları təmizləməyə davam edir. Qeyd edilir ki, günün sonuna qədər ölən və xəsarət alanların sayı arta bilər.
Son xəbərlər
12:40
"Black Sea Energy"nin TİƏ-si oktyabrın 22-də Bakıda təqdim ediləcək
İnfrastruktur
12:39
Tikinti və təmir adı ilə vətəndaşların pulunu ələ keçirməkdə şübhəli bilinən şirkət rəhbəri saxlanılıb
Hadisə
12:38
Foto
Daha altı rayonda 105 sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib
Sosial müdafiə
12:37
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Gürcüstana yola düşüb
Komanda
12:33
EBRD: Orta Dəhliz tamhüquqlu iqtisadi dəhlizə çevrilməlidir
İnfrastruktur
12:32
Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb
Biznes
12:32
"Barselona"nın futbolçusu Dani Olmo "Real"la oyunu buraxacaq
Futbol
12:29
EBRD Orta Dəhliz üzrə dəniz nəqliyyatına investisiyaları artırmaq istəyir
İnfrastruktur
12:29
Gündüz İsmayılov: Azərbaycan ailəsi din pərdəsi altında başqa xalqların ailəsinə çevrilməməlidir
Din