Livanda polislə etirazçılar arasında toqquşma olub, 3 nəfər ölüb

Digər ölkələr
  • 14 oktyabr, 2021
  • 10:00
Livanda polislə etirazçılar arasında toqquşma olub, 3 nəfər ölüb

Livanın paytaxtı Beyrutda polislə etirazçılar arasında baş verən toqquşma nəticəsində ölənlərin sayı 3-ə çatıb.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

13:46

Livanın paytaxtı Beyrut şəhərində polislə etirazçılar arasında toqquşma olub.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Şəhərdə iki partlayış səsi də eşidilib.