Livan parlamenti Səlamın rəhbərlik etdiyi kabinetə etimad göstərib

Digər ölkələr
  • 26 fevral, 2025
  • 23:07
Livan parlamenti Səlamın rəhbərlik etdiyi kabinetə etimad göstərib

Nəvaf Səlamın rəhbərlik etdiyi xilas və islahat hökuməti Livanın birpalatalı parlamentində etimad səsi qazanıb.

“Report” xəbər verir ki, bu barədə hökumət proqramını dəstəkləyən deputatların səsləri hesablandıqdan sonra spiker Nəbih Berri məlumat verib.

“Yeni kabinetə və onun tərkibindəki nazirlərə 128 deputatdan 95-i etimad göstərib”, – o bildirib.

44 - Tezliklə