Le Pen: Fransa Prezidenti çaşbaş vəziyyətdədir
Digər ölkələr
- 18 dekabr, 2024
- 12:35
Fransa Prezidenti Emmanuel Makron çaşbaş vəziyyətdədir - onun mandatını vaxtından əvvəl başa çatdırmasına səbəb ola biləcək bir çox səbəblər var.
“Report” xəbər verir ki, bunu ifrat sağçı "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Pen "Le Parisien" qəzetinə müsahibəsində bildirib.
"Makron çaşbaş vəziyyətdədir. Problemlər hətta onun yeni baş nazirlə (Fransua Bayru - red.) və ya maliyyə bazarındakı vəziyyətlə razılaşmaya bilən mərkəzçi bloku ilə də yarana bilər", - o əlavə edib.
Le Penin sözlərinə görə, bu səbəbdən o, növbədənkənar prezident seçkilərinə hazırlaşmalıdır.
"Ehtiyat tədbiri olaraq mən növbədənkənar prezident seçkilərinə hazırlaşıram", - o bildirib.
Son xəbərlər
16:01
Rusiya səfiri "İl-20" insidentinə görə Finlandiya XİN-ə çağırılıb - YENİLƏNİB
Digər ölkələr16:00
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov: "Qarabağ"ın "Tvente"ni keçmək şansı 70 faizdir"
Komanda15:55
Azərbaycanda data xidmətlərindən gəlirlər 21 % artıb
İKT15:54
Foto
Report Media Məktəbində 21-ci qrupun təlim proqramı yekunlaşıb
Media15:52
Foto
Bakıda "Ahıska türkləri-itmiş sürgünün izində" sərgisinin açılışı olub
Xarici siyasət15:51
İlham Əliyev Azərbaycanla Türkmənistan arasında müdafiə sahəsində Anlaşma Memorandumunu təsdiq edib
Hərbi15:51
Аzərbaycan və Türkmənistan qida təhlükəsizliyi sahəsində əməkdaşlıq edəcək
Xarici siyasət15:51
Azərbaycan və Türkmənistan arasında gömrük üzrə əməkdaşlıq protokolu təsdiqlənib
Biznes15:49